Rövşən Əhmədli: ""Qüds Günü" Qarabağ, Yəmən, Suriya, Fələstin, Bəhreyn günüdür"
Featured

08 İyun 2018

“Biz millət olaraq, Fələstin xalqının ağrısını əyani şəkildə hiss edirik”

Mübarək Ramazan ayının son cüməsi ümumdünya “Qüds Günü” kimi qeyd olunur. Zülmkarlığın, haqsızlığın ziddiyyətin mərkəzi olan müqəddəs Qüds şəhər həm də zülmə, haqsızlığa qarşı etiraz simvoludur. Odur ki, dünya müsəlmanları, həmçinin zülmə, ədalətsizliyə, imperializmə etiraz edən hər kəs “Qüds Günü” nü qeyd edir və haqsızlığa qarşı öz etiraz səsini ucaldır.

Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan xalqı üçün də, “Beynəlxalq Qüds Günü” olduqca böyük əhəmiyyət kəsb edir. Odur ki, Azərbaycanda da “Beynəlxalq Qüds Günü” nün təntənəli şəkildə qeyd olunması, zülmə məruz qalan Azərbaycan xalqının haqsızlığa öz etiraz səsini ucaltması çox vacibdir.

Mövzu ilə bağlı “İslaminSesi” nə fikir bildirən Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli “Qüds Günü” nün əhəmiyyətindən danışıb. O, bildirib ki, “Qüds Günü” milliyətindən, dinindən, irqindən, cinsindən asılı olmayaraq bütün insanların zalıma, zülmə, təcavüzə, birlikdə etiraz etdikləri günüdür. “Qüds Günü” rəmzi xarakter daşıyır. Yəni “Qüds Günü” Qarabağ, Yəmən, Suriya, Fələstin, Bəhreyn günüdür. Ona görə də, İnsanlar vəhdət halında zülmə etiraz etməlidirlər”.

Rövşən Əhmədlinin sözlərinə görə, bu ilki “Qüds Günü” nü digərlərindən fərqləndirən odur ki, ABŞ açıq şəkildə işğalçı İsrail rejimini dəstəklədiyini, öz səfirliyini Qüdsə köçürməklə sübuta yetirdi: “ Bu bir daha göstərir ki, ABŞ terrorla mübarizə aparmır, əksinə terrorizmi yaradan və onu müdafiə edən ölkə kimi çıxış edir. Bu isə ABŞ-da, Avropada, hətta işğalçı İsrailin özündə belə, ədalətli, gələcəyi görə bilən insanlar tərəfindən etirazla qarşılanır”.

Rövşən Əhmədli qeyd edib ki, Azərbaycannın da 30 ilə yaxındır ki, torpaqları Rusiyanın birbaşa iştirakı ilə cinayətkar Ermənistan tərəfindən işğal olunub: “ Yəni biz millət olaraq, Fələstin xalqının bu ağrısını əyani şəkildə hiss edirik. Arzu edirik ki, “Beynəlxalq Qüds Günü” Azərbaycanda dövlət səviyyəsində qeyd olunsun. Çünki biz ABŞ-ın sabah öz səfirliyini Qarabağa, Şuşaya köçürməyəcəyinə təminat verə bilmərik. Odur ki, Qüds Günü” nə dövlət səviyyəsində daha ciddi yanaşılmalıdır və keçirilən tədbirlərə maneə yaradılmamalıdır”.

Top
JoomlaLock.com All4Share.net