Çikaqoda Fələstinə dəstək yürüşü - FOTO -"Çox yaşa Fələstin"
Featured

10 İyun 2018

İşğalçı İsrail rejiminin Fələstinin işğal olunmuş əraziləri ilə Qəzza sərhəddində "Böyük Qayıdış yürüşü"ndə qətliam olunan fələstinlilərə, jurnalist və tibb işçilərinə qarşı hücumlara etiraz etmək məqsədilə ABŞ-ın Çikaqo şəhərində "Fələstin yürüşü" keçirilib. 

İşğalçı rejimin baş konsulluğu qarşısına toplaşan təxminən 300 nəfər İsrail rejim əleyhinə şüarlar səsləndirib.

Əllərində Fələstin bayraqları, işğalçı rejim əsgərlərinin şəhid etdiyi Rəzza ən-Nəccarın, digər şəhidlərin şəkillərini və üzərində "İsrailə baykot", "Fələstin azad olmalı, işğal günahdır", "Qüds Fələstinin paytaxtı" kimi şüarlar yazılmış plakartlar tutan etirazçılar İsrail rejimini "uşaq qatili" adlandırıb.

Onlar "Fələstinə azadlıq", "Qatil İsrail", "Çox yaşa Fələstin" kimi şüarlar səsləndiriblər.

Fərqli mədəniyyət, coğrafiya və qrupların nümayəndələrinin təmsil olunduğu etiraz aksiyasına "Neturei Karta" adlı sionizm əleyhdarı Ortodoks Yəhudi icmasının üzvləri də qatılıb.(maide.az)

Top
JoomlaLock.com All4Share.net