İlham Əliyev Ərdoğanı seçki münasibətiylə təbrik etdi
Featured

24 İyun 2018

Türkiyədə keçirilən prezident seçkiləri başa çatıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə prezident Rəcəb Tayyib Ərdoğan vəzifəsində qalıb.

Seçkini izləmək üçün Türkiyəyə təşrif gətirən dünyanın KİV nümayəndələri və beynəlxalq müşahidəçilər səsvermə zamanı yaşanan qanunsuzluqları pisləyib.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, İlham Əliyev Ərdoğanı seçkilərdə əldə etdiyi nəticə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə daha da inkişaf edib, iqtisadi sahədə böyük uğurlar qazanıb, beynəlxalq aləmdə mövqeləri daha da möhkəmlənib.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

Top
JoomlaLock.com All4Share.net