Nigeriyada etiraz aksiyası
Featured

27 İyun 2018

Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzakinin tərəfdarları Əbucada etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları Şeyx Zəkzaki və onun xanımının qanunsuz həbsinin davam etdirilməsini pisləyib.

Onlar 2 ildən artıqdır həbsdə saxlanılan Şeyx Zəkzakinin azad olunmasını tələb edib.

Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfər qətliam edilib. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya salınıb. 3 övladı isə şəhid edilib. Şeyx Zəkzakinin özü və xanımı göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar.

Son günlər 2 ildən çoxdur ki, həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi bildirilib.Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir.(abna)

 
 
 
 
 
Top
JoomlaLock.com All4Share.net