ABŞ-ın Suriyadakı vəhşiliyini dünya susaraq izləyir
Featured

15 İyul 2018

ABŞ Suriya neftinə sahiblənə bilmədikcə bu ölkənin məzlum xalqına nifrəti durmadan artır. 

Vetenugrunda.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ABŞ Suriyanı hər gün bombalayır. Bu vəhşiliyə dünya mediası susqunluq göstərir. Səbəb bəllidir. ABŞ-ın hegomonluğu onun "demokratik ölkə" imicini zorla təbliğ etdirir.

Ötən gün ABŞ-ın Suriyanın şərqinə endirdiyi hava zərbələrində ölənlərin sayı 55-ə çatıb.

ABŞ hər zaman olduğu kimi uşaqları, qadınları, əliyalın, günahsız insanları qırmaqdadır. Bu Yaponiyada da belə oldu, Vyetnamda da, Arakanda da elə Suriyada da təkrarlanmaqdadır. 

Qeyd edək ki, ABŞ təyyarələri son 4 il ərzində Suriyanın onlarla bölgəsini yerlə yeksan edib. Bu bölgələrdə artıq həyat yoxdur. Suriya dünyanın ən qədim şəhərlərindən biri kimi qədim dünya mədəniyyətinin incilərini özündə qoruyub saxlaya bilmişdi. Lakin ABŞ öncə özünün yaratdığı və maliyyələşdirdiyi qeyri-rəsmi ordusu olan İŞİD, Ən Nusra və digər terror təşkilatlarıya bu tarixi abidələri, Neolit dövrünə aid olan Palmira şəhərində yerləşən dünya mədəniyyətinin ən qədim incilərini darmadağın etdirdi. Bu gün isə digər şəhərləri günahsız sakinləri ilə birgə bombalayır. 

Ən dəhşətlisi odur ki, ABŞ koalisiyası bu hava zərbələrinin çoxunun səhvən baş verdiyini iddia etməklə dünyaya sırıdığı demokratik imicini qorumağa çalışır. Dünya isə bu ədalətsizliyi və riyakarlığı susaraq izləyir.

ABŞ-ın əqli qüsurlu prezidenti Donald Tramp isə iddia edir ki, Suriyanı indiki prezident Bəşər Əsəddən qorumaq üçün bombalayır. Qəribə müdafiə üsuludu. Bəşər Əsədin fəaliyyətini bəyənməyən ABŞ Suriyanın şəhərlərinə, dinc əhalinin başına gecəyarı bomba yağdırmağını Suriya xalqının müdafiəsi kimi qələmə verir.

Top
JoomlaLock.com All4Share.net