Dünya mətbuatı Trampın məğlubiyyətindən yazdı-VİDEO
Featured

17 İyul 2018

Ötən gün (iyulun 16-da) ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putinin Helsinkidə baş tutan görüşünü bütün dünya səbirsizliklə izlədi. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu Ukrayna hadisələrindən sonra iki ölkə lideri arasında ilk görüş idi. Bu görüşü dünya mediası daha çox Domald Trampın məğlubiyyəti kimi qələmə verdi.

"Washington Post" qəzeti bu görüşməni gözlənildiyindən çox zəif olan nəticə kimi dəyərləndirib. 

Qəzetdə yer alan xəbərdə Trampın Putinin qarşısında bütün ciddiliyini itirdiyi qeyd edilir.

Xəbərdə deyilir ABŞ rəsmiləri bu görüşün daha fərqli şəkildə bitəcəyini gözlədiyi halda Tramp ABŞ-ın əzəli rəqibi olan Rusiya prezidentini və onun xarici siyasətini tərif edib. O, daha sonra ABŞ Federal Təhqiqat Bürosunu (FBİ) tənqid edib. Bu isə ABŞ mediasını və rəsmlərini cin atına mindirib. 

Tramp çıxışı zamanı 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Rusya təhlükəszlik xidmətinin kiber hücumları ilə seçkinin nəticələrinə təsir etməsi haqqında FBİ-nin verdiyi açıqlamaları təkzib edib.  

"New York Times" qəzeti isə zirvə görüşündən bəhs edən yazını "Tramp Putinin tərəfində..." adlandırıb. Yazıda Trampın özünü ölkə xaricində apara bilməməsi deyilir və pislənir: "Trap bir liderin ölkə xaricində özünü necə apardığını bilmədiyi üçün bütün görüşləri alt-üst etdi. O, öz ölkəsinin təhlükəsizlik xidmətini deyil, düşmən ölkənin, yad bir liderinin açıqlamalarını qəbul etdi".

"CNN" adını çəkdiyimiz media qrumları ilə eyni fikiri bölüşərək Trampın Putinin qarşısında ABŞ təhlükəsizlik xidmətini tənqid etməsini pislədi. 

"Huffington Post" saytı qara haşiyədə hazırladığı "Şokedici, bənzəri görülməmiş, utancverici, fəlakət" başlığı ilə daha kəskin çıxış etdi.

"New Yorker" dərgisi isə "Helsinkidə Putin üçün asan qazanc" manşeti ilə Trampın zirvə Helsinkidə baş tutan zirvə görüşündəki hərəkətlərini ciddi şəkildə tənqid etdi.

Tramp-Putin görüşməsini təhlil edən yorumlayan "New Yorker" yazarı Joshua Yaffa "Tramp Putinə Helsinkide istədiği hər şeyi verdi" deyərək ABŞ prezidentini yarıtmazlıqda suçladı.

Top
JoomlaLock.com All4Share.net