Türkiyə İrana qarşı sanksiyalara qoşulmayacaq
Featured

25 İyul 2018

Çavuşoğlu: ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmaq məcburiyyətində deyilik

Türkiyənin XİN başçısı İrana qarşı sanksiyalara qoşulmayacaqlarını açıqlayıb

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransı zamanı İranı müdafiə edib.

O İrana qarşı sanksiyalara toxunaraq "ABŞ, İngiltərə və başqa ölkə olsun onların sanksiya qərarlarına bizim qoşulmaq fikrimiz yoxdur", -deyə bildirib.

Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarından da danışan Çavuşoğlu deyib "Sanksiyaları düz hesab etmirik. Bu prinsipial mövqedir. Hər hansı bir şərtə bağlı deyildir."

Türkiyə XİN başçısı ABŞ-ın İranla nüvə anlaşmasından çəkilməsini də düz hesab etmədiyini əlavə edərək İran, Azərbaycan, Rusiya və İraqla neft-qaz müqaviləsindən danışıb.

Bununla bağlı Çavuşoğlu "İrandan almayıb, ehtiyacımızı hardan alacağıq? Azərbaycandan almasaq hardan alacağıq? Uzaqdan danışmaq asandır. Biz İranla qonşuyuq. İranla hər mövzuda anlaşdığımızı deyə bilmərik, fərqli fikirlərimiz də olur, amma biz bu cür sanksiyalara qarşıyıq və bu prinsipial mövqedir.", -deyə qeyd edib.

FETÖ lideri haqda danışarkən o, deyib:  "ABŞ bizə FETÖ liderini verməlidir. Biz müttəfiqik və Fətullah Gülən bir terror qruplaşmasının lideridir, Türkiyədə çevrilişə cəhd ediblər. Bunu başqa bir şərtə bağlamaq düz deyil."(islamazeri)

Top
JoomlaLock.com All4Share.net