Köçəryan: "Tutun məni Azərbaycana hədiyyə edin"
Featured

27 İyul 2018

Ermənistanın ikinci prezidenti Robert Koçaryana qarşı ittiham irəli sürülüb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 2008-ci ilin 1-2 mart tarixlərində Ermənistanda baş verən hadisələrlə ittiham edilən insan qatili Köçəryan çıxışı zamanı özünü Ermənistanın ən üstün qəhrəmanı elan edib. O, deyib ki, Dağlıq Qarabağın birinci prezidenti olduğu müddətdə Qarabağ şanlı qələbə qazanıb və onun vaxtında təhlükəsizlik zolağı formalaşdırılıb.

Ermənistanın ikinci prezidenti olduğu dönəmdə isə ölkə iqtisadiyyatının gəlirləri 5 faiz artıb: "Tutun məni Bakıya hədiyyə edin.  Azərbaycanda indi mənim həbsimin hansı təntənə, sevinc hissi ilə qarşıladıqlarını təsəvvür edə bilərəm."

Qeyd edək ki, Köçəryan hakimiyyəti qəsb etmə, yəni hakimiyyətin zorla ələ keçirilməsinə yönəlmiş addımlar və yaxud Ermənistan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla saxlanılması, həmçinin Ermənistan Respublikasının konstitusiya quruluşunun zorla devirilməsində suçlanır (Ermənistan Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi). Bu ittiham isə  bağlı irəli sürülüb. O, ittihamları qurama adlandırıb.  

Yerevan şəhərinin birinci instansiya məhkəməsi Robert Köçaryan barəsində qətimkan tədbiri qismində həbsin seçilməsi barədə vəsatət verib.

Köçəryan deyib ki, təslim olmaq fikrində deyil və axıra qədər mübarizə aparacaq.

Top
JoomlaLock.com All4Share.net