Suriyada PKK terrorçusu ABŞ hərbçisini yaraladı
Featured

09 Avqust 2018

Terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan YPG silahlılarının hücumu nəticəsində ABŞ dəniz piyadaları korpusunun çavuşu Kemeron Xalkoviç yaralanıb.

Bunu ABŞ-ın "Task and Purpose" portalı hadisə yerində olan şahidlərə istinadən yazıb.

Hadisə ABŞ-ın Deyr-əz-Zor yaxınlığında yerləşən hərbi bazasında baş verib. Bildirilib ki, ABŞ hərbçisi yerli ərəb sakinlərə yardım etdiyi üçün PKK/YPG-dən olan terrorçunun hücumuna məruz qalıb.

Çavuşun yanında olan kapral Keyn Dauni tərəfindən "M-4" çaplı tüfəngdən açılan atəş nəticəsində terrorçu öldürülüb.

ABŞ-ın Müdafiə Nazirliyi hadisəni ölkə və beynəlxalq ictimaiyyətdən gizlədib.

Məlumata görə, bazada ABŞ hərbçiləri ilə "Demokratik Suriya Qüvvələri" adı altında fəaliyyət göstərən terrorçu PKK/YPG-PYD silahlıları arasında tez-tez münaqişə baş verir. Pentaqon bir qayda olaraq, baş verənlər barədə ictimaiyyəti davamlı olaraq, məlumatlandırır. Ancaq bu dəfə hadisəni gizlədib.

"Anadolu"nun müxbiri ABŞ Silahlı Qüvvələri Mərkəzi komandanlığının başçısı general Cozef Voteldən Pentaqonda keçirdiyi brifinqdə hadisəni şərh etməsinin istəyib. General deyib: “Bu məsələdən xəbərdaram. Ancaq şərh verməzdən əvvəl komandamla məsləhətləşməliyəm".(report)

Top
JoomlaLock.com All4Share.net