Çinli pilotlar ABŞ-ı vurmaq üçün təlim keçir
Featured

17 Avqust 2018

Pentaqon tərəfindən hazırlanan hesabatda, Çinli pilotların uzun mənzilli bombardman təyyarələrlə ABŞ-a qarşı əməliyyatlara hazırlandığı bildirilir.

Hesabatda, uzun mənzilli bombardman təyyarə donanmasını genişləndirən Çinin, bu təyyarələri idarə edən pilotları ABŞ-a qarşı əməliyyatlar üçün hazırladığı qeyd edilir.

"Son üç ildə Çin Xalq Qurtuluş Ordusu xaricdən gətirilmiş bombardman təyyarə donanmasını böyük həcmdə genişləndirdi, kritik dəniz bölgələrində təcrübə qazandı və ABŞ-la müttəfiq hədəflərə qarşı təlim keçirməsi mümkündür " deyə qeyd edildi.

Bu il hazırlanan hesabatda, Çinin uzun mənzilli bombardman təyyarələrini nüvə silahı daşımaq üçün təkmilləşdirdiyi də iddia edilir.

Çin rəhbərliyinin, ordunun modernləşdirilməsi üçün əhəmiyyətli addımlar atdığı bildirilir.(maide.az)

Top
JoomlaLock.com All4Share.net