Deputatlar canlı efirdə əlbəyaxa oldu
Featured

17 Avqust 2018


Ukrayna Ali Radasının deputatları Sergey Şaxov və İqor Mosiyçuk "Pryamoy" telekanalının efirində dava ediblər.

Əvvəlcə Şaxov həmkarının gey-paradda iştirak etdiyini bildirib.

Əvəzində Mosiyçuk ondan üzr istəməsini tələb edib. Qarşılıqlı təhqirlərdən sonra deputatlar telekanalın studiyasında bir-birinə yumruq atmağa başlayıblar.

Bununla belə telekanal öz "Facebook" səhifəsində məlumat yayıb ki, deputatlar arasında dava studiyadan çıxdıqdan sonra liftdə davam edib.(maide.az)

 

Top
JoomlaLock.com All4Share.net