İran prezident ABŞ-a gedir
Featured

05 Sentyabr 2018

"İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüşməyəcək".

Bunu İslam Respublikası Prezidenti Administrasiyasının başçısı Mahmud Vaezi deyib.

"Ötən 4-5 ildə etdiyimiz kimi, müxtəlif ölkələrlə bir araya gəlib fikir mübadiləsi aparmaq niyyətindəyik. Bu, başqa dövlətlərlə qarşılıqlı məsələləri müzakirə etməyimiz üçün ən ucuz və uyğun vasitədir", - o vurğulayıb.

Qeyd edək ki, sentyabrın 4-də Dini Ekspertlər Şurasının sədri, ayətullah Əhməd Cənnəti Həsən Ruhanini nəzərdə tutaraq bəzi şəxslərin ABŞ-da Donald Trampla görüşmək istədiyini söyləmişdi.

Mahmud Vaezi bu iddianı təkzib edərək deyib ki, belə bir görüşün olacağından söhbət də gedə bilməz.

Mahmud Vaizi bu il iyulun 18-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, ötən il BMT Baş Assambleyasının sessiyasında iştirakı çərçivəsində İran prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Tramp onunla görüşmək üçün İslam Respublikasının nümayəndə heyətindən 8 dəfə xahiş edib.

Bildirilib ki, 2017-ci ilin oktyabrında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi BMT Baş Assambleyası çərçivəsində Donald Trampın görüş istəyindən Həsən Ruhaninin imtina etdiyini söyləmişdi.

Onda ABŞ Dövlət Departamentinin sözçüsü Xizer Nauret də BMT-də Assambleya çərçivəsində yüksək səviyyədə görüşün keçirilməsindən İran tərəfinin imtina etdiyini bildirmişdi. Ancaq o, bu görüşdə ABŞ tərəfindən iştirak edəcək rəsminin adını açıqlamamışdı.(virtualaz.org)

Top
JoomlaLock.com All4Share.net