Ərdoğan ABŞ-a gedir
Featured

10 Sentyabr 2018

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-27-si tarixlərində ABŞ-da səfərdə olacaq.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Ərdoğan BMT Baş Assambleyasının 73-cü sessiyasının işində iştirak etmək üçün ABŞ-a gedib.

Son dönəmdə ABŞ prezidenti Donald Trampın Türkiyədə həbs edilən amerikalı rahiblə bağlı bu ölkəyə yağdırdığı təhdidlər hər iki ölkə arasında soyuqluq yaratdı. Türkiyə prezidentinin BMT növbəti  sessiyasındakı iştirakının ölkələr arasında yaranmış gərginliyə nə dərəcədə təsir edəcəyini siyasi arena maraqla gözləyir.  

Sentyabrın 27-də isə R.T.Ərdoğan Almaniyaya yollanacaq.

Top
JoomlaLock.com All4Share.net