Rusiyanın "İl-20" hərbi təyyarəsi Suriyada vurulub. Hadisə nəticəsində 15 nəfər həlak olub.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi olayla bağlı verdiyi açıqlamada İsraili qınayıb: "İsrailin təxribatçı hərəkətləri nəticəsində 15 rus əsgəri öldürüldü. Biz bunu düşmən davranışı hesab edirik. Bu, Rusiya-İsrail tərəfdaşlığının ruhuna qətiyyən uyğun deyil. Biz oxşar cavab vermək hüququna malikik."
Qeyd edək ki, sentyabrın 17-də, Moskva vaxtı ilə təxminən 23:00-da Aralıq dənizinin sahillərindən 35 kilometr uzaqlıqdakı Hmeyni aviabazasına qayıtmaqda olan Rusiyanın İl-20 təyyarəsi ilə əlaqə kəsilib.
Bu vaxt dörd İsrail F-16 qırıcısı Latakiya şəhərində Suriya hədəflərinə hücum edib. Rusiya təyyarəsinin arxasında olan İsrail pilotları onu S-200 raketi ilə vurub. Nəticədə on beş rus hərbçisi həlak olub.