Netanyahunun BMT-də göstərdiyi "atom anbarı" qurama imiş
Featured

28 Sentyabr 2018

Bu bəyanat işğalçı rejimin baş naziri Benyamin Netanyahunun Tehranda "atom anbarı"nı aşkar etdikləri barədə çıxışından sonra verilib. 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İsrail rejiminin qanunsuz nüvə proqramından danışmağa çağırıb.

Bu bəyanat işğalçı rejimin baş naziri Benyamin Netanyahunun Tehranda "atom anbarı"nı aşkar etdikləri barədə çıxışından sonra verilib.

"Sənət və peşənin şousu bu faktı gizlədə bilməzi ki, İsrail rejimi bizim regionda gizli, qeydiyyata alınmayan nüvə proqramına və silahına sahibdir. İsrailin özünün qanunsuz nüvə proqramı barədə etiraf etmək və beynəlxalq müfəttişlərin yoxlamasına açmağın vaxtı çatıb", - deyə Cavad Zərif Tvitter hesabında bildirib.

Xatırladaq ki, ötən gün İsrail rejimi baş naziri Benyamin Netanyahu BMT-nin Baş Asambleyasınında çıxışı zamanı Tehran ərazisində nüvə anbarının onların kəşfiyyat xidməti tərəfindən aşkar edildiyini bəyan edərək, dəmir darvazalı tikilinin fotoşəkillərini nümayiş etdirib. Lakin sonradan bəlli olub ki, İran tərəf Netanyahunu ələ salmaq üçün bu fotoşəkilləri qəsdən ötürüb.

Top
JoomlaLock.com All4Share.net