ABŞ və İngiltərə İraqa prezident təyin etdi
Featured

03 Oktyabr 2018

İraqda Kürdüstan Yurdsevərlər Partiyasının namizədi Berham Salih prezident oldu.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Parlamentin iclasında 329 deputatdan 301-i iştirak edib, beləliklə spiker Məhəmməd Əl-Halbusi 3-cü cəhddən səsvermə üçün lazımi yetərsay toplaya bilib. Salih 165 deputatın səsi ilə seçilib. 

Bu əslində sənəd üzərində gedən seçki oyunlarının nəticəsi barədə açıqlamadır. Əslində Berham Salih kimdir və niyə görə məhz Kürdüstan Yurdsevərlər Partiyasının namizədi İraqın prezidenti seçildi? Öncə İngiltərə və ABŞ-ın, eləcə də Almaniyanın, Fransanın, Belçikanın, İsrailin İraqı, Suriyanı, İranı, Türkiyəni parçalayıb 5 kürd dövləti yaratması uğurunda apardıqları mübarizəyə dünya şahidlik edir. Bu imerialist dövlətlərin kürd xalqına olan sevgisinin pərdəarxasında nə gizlənir?

Əslində adıçəkilən dövlətlərin Suriya, İraq, İran və Türkiyəni parçalayaraq 5 kürd dövləti qurmasında məqsəd Yaxın Şərqi qan gölünə çevirməkdir. Bu layihə eyni zamanda ABŞ-a, İngiltərəyə, İsrailə istehsal etdiyi silahlarını satmaq üçün imkan yaradacaq. Daha önəmli olanı isə adıçəkilən ölkələrin Yaxın Şərqdəki idarəetməni ələ keçirmək, bununla da bu bölgənin zəngin yeraltı, yerüstü sərvətlərinə sahiblənmək istəyidir. Bu ölkələrdə məhz buna görə millətçilik ideologiyasını yaymaq üçün illərdir ki milyardlar xərclənir. Məhz millətçilik ideologiyasını yaymaqla xalqları parçalamaq, ölkələri viran qoymaq daha asan başa gəlir. 

İraq 2003-cü ildə ABŞ tərəfindən işğal edildi. Bu ölkəyə müstəqil demək mümkün deyil. Müstəqil olmayan ölkədə isə qanuni seçkilərin keçirilməsi mümkün deyil.

Berham Salihin İngiltərə və Amerika tərəfindən İraqa prezident təyin edildiyini onun tərcümeyi halına baxanda aydın görürük. Berham Salih İngiltərənin Kardif Universitetinin iqtisadiyyat və kompyuter mühəndisliyi fakültəsini bitirib. Bu ixtisasın özü çox mətləblərdən xəbər verir. Salih eyni zamanda Süleymaniyyədəki Amerika Universitetinin qurucusudur. 

58 yaşlı B.Salih İraqda Kürdüstan dövlətinin qurulması uğurunda vuruşanlardandır. Salih 1992-ci ildə İraq Kürdüstan Regional Hökumətinin qurulduğu ildən öncə parlamentə seçildi və 10 il ərzində Kürdüstan Yurdsevərlər Partiyasının Vaşniqton təmsilçiliyini idarə etdi. 

1975-ci ildə Kürdüstan Yurdsevərlər Partiyasını yaradan Cəlal Talibanı Berham Salihi mənəvi oğlu adlandırırdı.

ABŞ 2003-cü ildə İraqı işğal etdikdən bir il sonra Salih İraqın baş nazirinin müşaviri vəzifəsinə təyin edildi. O, 2009-cu ilə qədər bu vəzifəni icra etdi. 2009-2012-ci illərdə isə Kürdistan rəhbərliyinin baş naziri vəzifəsində çalışır. ABŞ-ın İraqı işğalı ilə Salihin yüksəlişi başlayır. 

Qeyd edək ki, yeni prezident Berham Əhməd Salih ölkənin yeni baş naziri vəzifəsinə İraqın Şiə Yüksək İslam Şurasının təsisçilərindən olan Adil Əbdülmehdini seçib. O, Adil Əbdülmehdiyə yeni nazirlər kabinetinin təşkil edilməsi barədə göstəriş verib.

Картинки по запросу adil abdülmehdi

Adil Əbdülmehdi

Çünki ABŞ-ın İraqı işğalından sonra bu ölkədə yazılan yeni Konsititusiyaya əsasən parlamentdə rəhbərlik sünnilərə, baş nazirlik şiələrə, prezidentlik isə kürdlərə verildi. Bütün hallarda İraq bu gün ABŞ-ın işğalı altında inləyən ölkədir. ABŞ 2003-cü ilin 21 mart gecəsində İraq xalqının başına bomba yağdırraraq xəbərdarlıq etdi ki, bəs sizi diktator Səddam Hüseynin zülümündən xilas etmək üçün gəlirik. İlk xəbərdarlığın ardınca baş verənlər isə bir daha sübut etdi ki, ABŞ dünyaya səadət, demokratiya gətirmək adı altında insanlığa sığmayan işgəncələr, ölüm, qətillər, soyqrım, bədbəxtçilik kimi dəhşətlərin virusunu yayır. ABŞ İraq işğalı ilə bir daha sübut etdi ki, Yaponiyaya atom bombası ataraq milyonlarla insanı məhv etməsindən peşiman deyil. Əksinə dünyanın ən qədim mədəniyyətinə sahib olan ölkələri xarabalığa çevirib, xarabalıqlar üzərində qurduğu imperiyasını, elə xarabalıqlar üzərində yaşatmağa iddialıdır. 

Arzu Abdulla 

 

Top
JoomlaLock.com All4Share.net