Ermənistanda bir gündə 6 nazir istefaya göndərildi
Featured

03 Oktyabr 2018

Ötən gecə Ermənistan parlamenti gecə saatlarına qədər baş nazir Nikol Paşinyanın tərəfdarları tərəfindən mühasirədə saxlanıb. Baş nazirin tərəfadarları deputatları bayıra buraxmayaraq, onlardan MM reqlamenti haqqında qanun düzəlişini ləğv etməyi tələb ediblər. Qanun layihəsi isə baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Milli Məclisin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.  

Ermənistan parlamentinin növbəti toplantısını keçirmək üçün isə yetərsay alınmayıb.

Bütün bunlar Paşniyanın Düşənbə səfərndən sonra baş verib. 

Nikol Paşinyan özü isə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı görüşlər keçirib. O bu siyasi kampaniaynın dekabrın 3-dək keçirlməsini təklif edib.

Ermənistan prezidenti Armen Sarksiyan isə ötən gün "Çiçəklənən Ermənistan" partiyasının üzvləri olan 4 naziri, fövqəladə hallar naziri Qraçya Rostomyanı,nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyanı, idman və gənclər naziri Levon Vaqradyanı, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryanı, eyni zamanda "Daşnaksütun" partiyasının üzvləri olan iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyanı və kənd təsərrüfatı naziri Artur Xaçatryanı istefaya göndərib.

Ermənistan mətbuatı baş nazir Nikol Paşniyanın da istefaya göndəriləcəyini yazıb.

Nikol Paşinyan isə bildirib ki, "Çiçəklənən Ermənistan" və "Daşnaksütun" partiyalarının nazir və qubernatorları işdən çıxarılandan sonra istefa verəcək.

Top
JoomlaLock.com All4Share.net