Camal Xaşuqçinin faciəsini animasiya ilə anlatdılar-VİDEO
Featured

16 Oktyabr 2018

Dünyanın nüfuzlu qələm sahiblərindən olan jurnalist və siyasi şərhçi Camal Xaşuqçinin İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda yox edilməsi ilə bağlı baş verən olaylar bir animasiya filminin mövzusu olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "Yeni Akit" nəşriyyatında yayımlanan çarx sirli olayın üstünün açılmasında Türkiyə polisinin əməyini önə çəkir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan jurnalist və rejim tənqidçisi Camal Xaşuqci öz ölümünü Apple Watch vasitəsilə qeydə alıb.

Xəbərlərdə bildirilir ki, Xaşuqci 2 oktyabr tarixində türkiyəli Xədicə Çingizlə nikaha girmək üçün lazım olan sənədləri əldə etmək məqsədi ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub. O, konsulluğa girərkən öz cihazının səsyazma funksiyasını işə salıb.

Biləyindəki Apple Watch informasiyanın saxlanıldığı iCloud və konsulluğa daxil olmaqdan öncə nişanlısına verdiyi telefona bağlı idi. Nişanlısı Xaşuqcini konsulluq binası önündə gözlədiyini və onun binanı tərk etmədiyini bildirir.

Cihaz nəinki Xaşuqcinin dindirilməsi və işgəncəyə məruz qalmasını, həm də qətlini qeydə alıb.

ABŞ-da yaşayan Xaşuqci "The Washington Post" qəzetində məqalələr dərc edib və Səudiyyə Ərəbistanı rejiminin tənqidçisi olub.

Top
JoomlaLock.com All4Share.net