İndoneziyalı qadın Səudiyyə Ərəbistanında edam olundu
Featured

02 Noyabr 2018

Səudiyyə Ərəbistanı daha bir qalmaqallı qətlə imza atıb.

Səudiyyə Ərəbistanında 29 oktyabrda İndoneziya vətəndaşı olan Tuti Tursilavati adlı qadın edam olunub. Amma bu barədə vətəndaşı olduğu ölkənin Səudiyyə Ərəbistanındakı səfirliyinə heç bir məlumat verilməyib.

İndoneziya hökuməti bu ölkədə ev qulluqçuluğu edən vətəndaşının edam edilməsinə etiraz olaraq Səudiyyə Ərəbistanına nota verib. Səfir geri çağırılıb.

İndoneziya Prezidenti Joko Vidodo Səudiyyə Ərəbistanının bu addımını tənqid edərək, Səudiyyə Ərəbistanından ölkədəki İndoneziya işçilərinin daha yaxşı qorunmasını tələb etdiyini deyib: "Biz Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cubeyr ilə əlaqə saxladıq və etirazımızı çatdırdıq".

2011-ci ildə məhkum edilmiş Tursilavati dünən Taif şəhərində son üç ildə əvvəlcədən xəbərdarlıq edilmədən öldürülən dördüncü İndoneziya vətəndaşıdır.

Dünya Qaçqın İttifaqı bu hadisəni pisləyərək, Səudiyyə Ərəbistanının insan haqqlarına və diplomatik qayda-qanunlara əməl etmədiyini bildirib. Qeyd edək ki, Tuti Tursilavati ona təcavüz etmək istəyən Səudiyyə vətəndaşını öldürməkdə təqsirli bilinirdi.

Top
JoomlaLock.com All4Share.net