Jurnalistin cəsədi turşu ilə məhv edilib
Featured

02 Noyabr 2018

Türkiyə hökumətinin yüksək dairələrdə təmsil olunan qruplar əmindirlər ki, səudiyyəli jurnalist Camal Kaşıkçının qatilləri onun bədənini turşu ilə məhv edib.

Bununla bağlı "The Washington Post" nəşri türkiyəli yüksək vəzifəli nümayəndəyə istinadən məlumat yayıb.

"Kaşıkçının cəsədini dəfn etməyə ehtiyac yoxdur", – deyə nümayəndə bildirib.

Məlumatlara görə, cəsəd Səudiyyə Ərəbistanının baş konsulluğunda və ya qonşuluqda yerləşən baş konsulun igamətgahında məhv edilib.

Xatırladaq ki, Türkiyənin baş prokuroru İrfan Fidan bir müddət öncə verdiyi açıqlamada bildirmişdi ki, Kaşıkçı nəfər çatışmazlığından ölüb. İlkin ehtimallara görə, o, konsulluq binasına girən kimi qatillər tərəfindən boğulub.

Top
JoomlaLock.com All4Share.net