Rusiya Ukrayna gəmilərinə atəş açdı-VİDEO
Featured

26 Noyabr 2018

Noyabrın 25-də Rusiya qüvvələrinin Krım yarımadası yaxınlığında, Qara Dənizdə Ukrayna gəmilərinə atəş açdığı iddia edilir. 

Hadisədən sonra Hərbi Şuranın toplantısında prezident Petro Poroşenko hərbi vəziyyətin tətbiqini dəstəklədiyini bildirib. Ancaq bu heç də Ukraynanın hücum əməliyyatları aparacağı anlamına gəlmir.

Ukrayna mediasının məlumatına görə, Rusiya tərəf Ukraynanın iki hərbi gəmisinə atəş açıb, altı heyət üzvünü yaralayıb və gəmiləri ələ keçirib. Poroşenko deyib ki, atışmadan sonra Ukraynanın 23 dənizçisi əsir götürülüb.

Bildirilib ki, Kiyev nə saxlanmış gəmilərlə, nə də dənizçilərlə əlaqə yarada bilir.

İnsidentdən öncə Rusiya Ukraynanın 3 gəmisinin Qara Dənizdən, Kerç boğazından Azov dənizinə keçməsinə imkan verməmişdi. 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna hakimiyyətini Kerç boğazında "qanqster taktikası"na əl atmaqda suçlayıb – ilk öncə provokasiya, daha sonra təzyiq və sonucda təcavüz ittihamları səsləndirib.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, Ukrayna donanmasının gəmiləri qanunsuz olaraq Rusiyanın ərazi sularına girməyə cəhd edib deyə, onları dayandırmaq üçün atəş açılıb.

Top
JoomlaLock.com All4Share.net