Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası başladı-VİDEO
Featured

03 Dekabr 2018

Gürcüstanda baş tutan sonuncu prezident seçkilərinin nəticəsi birmənalı qarşılanmayıb. Müxalifət hazırkı prezident Salome Zurabişvilinin saxta yolla seçildiyini iddia edir.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Gürcüstanda artıq etiraz aksiyaları başlayıb. Bu aksyalarda Gürcüstanda yaşayan azərbaycanlılar da fəallıq göstərir. Hətta etiraz aksiyası zamanı kartof dolu torbaları ağac dirəyə bağlayıb başları üzərinə qaldıran soydaşlarımız bununla Salome Zurabişvilinin seçkiöncəsi seçicilərinə kartof payladığına işarə ediblər.

Hazırda Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında müxalifətin "Güc birlikdədir" koalisiyasının kütləvi etiraz aksiyası davam edir. Aksiyaya qoşulanların əsas tələbi növbədənkənar parlament seçkiləridir.

10 minlərlə insanın iştirak etdiyi aksiyaya bölgələrdən də qatılanlar var.

"Güc birlikdədir" koalisiyasının liderlərindən olan Giorgi Vaşadze təmsil etdiyi birliyin prezident seçkilərinin nəticələrini tanımadığını bildirib: "Sonuncu prezident seçkilərinin nəticəsi xalqın iradəsini əks etdirmir. Gürcüstan demokratik ölkədir, lakin seçkilər demokratik standartlara uyğun keçirilmədi. Biz, hakimiyyətin xalqa məxsus olması, Gürcüstanın parlaq və demokratik gələcəyi uğrunda mübarizə aparırıq."

Müxalifətçilərin sözlərinə görə, tələbləri yerinə yetirilməyənə qədər aksiyalar davam etdiriləcək.

Qeyd edək ki, Gürcüstanda noyabrın 28-də keçirilmiş prezident seçkilərinin II turunda ermənipərəst Salome Zurabişvili 59,52% səslə prezident  seçilib. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qirqol Vaşadze isə 40,48% səs əldə edib.

Top
JoomlaLock.com All4Share.net