Böyük azərbaycanlı, unudulmaz Heydər Camal-VİDEO
Featured

05 Dekabr 2018

Bu gün islam dünyasının dəyərli alimi Heydər Cahid oğlu Camalın dünyadan köçdüyü gündür.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, əslən azərbaycanlı politoloq, yazıçı, filosof və şair, Rusiya islam cəmiyyətinin fəalı, Rusiya İslam komitəsinin sədri Heydər Camal 1947-ci ilin 6 iyun tarixində SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olub. Atası azərbaycanlı rəssam Cövdət Camal, anası isə rus əsilli İrina Şapovalovadır.

Əslən şuşalı olan H.Camal Qarabağın məşhur Sarıcalılar nəslindəndir. Hələ uşaq ikən Şuşaya - ata yurduna köçən ailəsi burda da çox qalmır. Yenidən geri dönür. Məktəbi bitirəndən sonra Heydər Camal 1965-ci ildə Şərq Dilləri İnstitutuna daxil olsa da, 1 il sonra siyasi motivlərlə təhsil ocağından qovulub. 

1970-ci illərdə Moskvada nonkonformist andeqraund hərəkatının liderlərindən birinə çevrilib. Bir sıra futuroloji xarakterli məqalə yazır və Sovet rejimini siyasi taleyini proqnozlaşdırır. Onun proqnozları özünü doğruldur.

1980-ci illərdə Tacikistanda yaşayır və burada İslamın paralel liderləri (sovet orqanları tərəfindən nəzarət edilməyən) ilə yaxınlaşır.

1980-ci illərin sonunda Camal "Yaddaş" cəmiyyəti sıralarına daxil olur, mərkəzi şuraya seçilir. Amma bir il sonra təşkilatla bütün əlaqələrini kəsir.

Похожее изображение

1990-cı ildə Astraxanda İslam İntibah Partiyasının qurulmasında iştirak edir və partiya sədrinin köməkçisi təyin edilir. Eyni ildə "Tövhid" İnformasiya Mərkəzini qurur, 1991-ci ildə "Əl-Vəhdət" qəzetini nəşr edir. Qəzet 1993-cü ilə qədər fəaliyyət göstərir.

1992-ci ildə Ayətulla Xomeyninin oğlu Əhməd Xomeyni ilə əlaqə qurur. Bu əlaqə 1994-cü ilə, yəni Əhmədin vəfatına qədər davam edir. Bu iki il ərzində Heydər dəfələrlə İrana səfər edir, Tacikistanda sülhü bərqərar etmək üçün sülh danışıqları aparır, Rusiya mərkəzi telekanallarında yayımlanması nəzərdə tutulan və İrandan bəhs edən filmlər təşkil edir. Əhmədin ölümündən sonra İranın yüksək çinli rəhbərləri ilə əlaqələr qurur. Bu sıraya İranın xarici işlər naziri Vilayəti, parlament spikeri Natiq-Nuri, "İran İslam inqilabı keşikçiləri korpusu"nun liderləri daxil idi.

1992-ci ildən Sudanın ali dini lideri Həsən ət-Turabi ilə ideoloji sahədə münasibət yaranır. Heydər və Həsənin ilk tanışlığı birinci Hartum konfransında baş tutur. Bu konfransa dünyanın bütün müsəlmanları dəvət edilmişdi.
Növbəti il Heydər Camal Hartum konfransının ali prezidiumuna seçilir. Əvvəlcə bu qurumun rəsmi adı Ərəb İslam Xalq Konfransı olsa da, Camalın təklifi ilə ərəb sözü ləğv edilərək İslam Xalq Konfransı kimi qalır. Amerika Sudana raket zərbəsi endirənə qədər bu konfranslar davam edir və Heydər Camal qurumun aparıcı liderlərindən birinə çevrilir.

Картинки по запросу гейдар джемаль iran

Avropanın müsəlman intellektualı "İslam-Avropanın şansı"konfransında Camalın inisiativlərini dəstəkləyirlər. Bu konfrans Klaudio Mutti tərəfindən təşkil edilmişdi. Konfransda çıxış edən Heydər Camal müsəlmanların beynəlxalq siyasi təşkilatının qurulmasını təklif edir. Təşkilatın məqsədi Avropa qitəsini Amerikanın hərbi, iqtisadi və siyasi ekspansiyasından qorumaq idi.

1993-1996-cı illər arasında Heydər Camal İslam problemlərinə həsr edilmiş bir sıra televiziya proqramlarının aparıcısı olur. 1997-ci ilddə İstanbulda dövrün bələdiyyə sədri olan Ərdoğanla siyasi islamın taleyini müzakirə edir.

1998-ci ildə Cənubi Afrikada leksiyalar söyləmək üçün dəvət edilir. Keyptaun Universitetinin fəxri doktoru adına layiq görülür.

1999-cu ildə Sankt-Peterburqda keçirilən "Pravoslav-İslam" konfransında İslamın və Pravoslavlığın strateji partnyorluğunun mümkünlüyü barədə tezis irəli sürür. Eyni ilin sonlarında parlament seçkilərində iştirak edir.

Картинки по запросу гейдар джемаль iran

2000-ci ildə Rusiya rəhbərliyinin Məhəmməd Hatəminin rəhbərlik etdiyi iran mollalarının demokratik bloku ilə yaxınlaşmasının əleyhinə çıxır. 2001-ci ildə Heydər Camal siyasi İslamın Qərb anti-qlobalistləri ilə qarşılıqlı münasibəttlərinə aid irimiqyaslı layihə işləyir. Heydər Camal 35 il ərzində tiranlığın istənilən formasına qarşı mübarizə aparıb. Son 10 ildə radikal müxalifətdə təmsil olunub.

Heydər Camal Rusiyanın ən savadlı politoloqlarından və ideoloqlarından biri idi. O, qəti mövqeyinə, prisipinə görə hörmət qazanmış şəxsiyyət idi. Rusiya ictimai rəyində Dağlıq Qarabağ problemini obyektiv, ədalətli müdafiə edən, hər cür erməni uydurmalarına qarşı yerində və tutarlı cavab verən, kifayət qədər prinsipial və vətənpərvər mövqe sərgiləmişdir.

Rusiya sistemində müsəlmanların hüquqlarının qorunması üçün fəlsəfi görüşlərini irəli sürən və bu işə olduqca səviyyəli təqdimat verməyi bacaran, Rusiya elitasında sayılıb-seçilən biri idi. Onun fikirlərinə kifayət qədər hörmətlə və ciddi yanaşılırdı. O, Rusiya və dünya siyasətçiləri yanında böyük hörmət və nüfuza malik idi.

Heydər Camal 2016-cı ilin dekabr ayının 4-dən 5-inə keçən gecə Alma-Ata şəhərində vəfat edib. O, burada onkoloji xəstəlikdən müalicə alırdı.

Hələ sağlığında harada vəfat edərsə, orada da dəfn edilməsini vəsiyyət edən politoloqu Alma-Atada, Baqanaşıl mikrorayonundakı qəbiristanlıqda dəfn edirlər.

Heydər Camalın iki övladı olub, qızı Kövsər və oğlu Orxan Camal.

Dünyaca məşhur jurnalist olan Orxan Camal atasından iki il sonra dünyasını dəyişir. 31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə  Orxan Camal da qətlə yetirilir.

Похожее изображение

Orxan Camal

Orxan Rusiya paytaxtındakı Serqo Orconikidze adına Moskva geoloji kəşfiyyat institutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" (rus. Здоровье) kimi məşhur teleproqramın rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş Orxan 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb. Onun imzası "Veçernyaya Moskva", "Veçerniy kuryer", "Nezavisimaya qazeta", "Novaya qazeta", "Versiya" kimi nəşrlərdə görünüb.[3] Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşləri işıqlandırarkən də ayağından yaralanıb.

Orxan Camal 2000-ci ildə Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub.

2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında "Tədqiqat komitəsi" jurnalist araşdırmaları Agentliyini təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, o, 2003-cü ildə "Travel" janrında ən yaxşı jurnalist adı qazanıb.

7 avqust 2018-ci ildə Moskva Cümə Məscidində Orxan Camalla vida mərasimi keçirilib. Camal Xovansk qəbiristanlığının müsəlman sektorunda dəfn edilib.

Top
JoomlaLock.com All4Share.net