Suriyanın yeni konstitusiyasını bu ölkələr yazacaq
Featured

18 Dekabr 2018

İsveçrənin Cenevrə şəhərində, Birləşmiş Millətlər Təşkilatının (BMT) ofisində İran, Türkiyə və Rusya xarici işlər nazirinin görüşü baş tutub. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, üç ölkənin rəsmisinin görüş sonrası verdikləri açıqlamada bildiriblər ki, Suriyanın yeni konstitusiyasını yazacaq komitə qurublar. Bu barədə məlumat verən Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Suriya Konstitusiya Komitəsi adlanan bu qurum ilk toplantısını 2019-cu ilin ilk günlərində keçirəcək. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, biz Suriya Konstitusiya Komitəsinin fəaliyyətində ortaq məxrəcə gəldik.

Rəsmilər bildirib ki, komitənin fəaliyyətində Suriya təmsilçiləri də iştirak edəcəklər.

Top
JoomlaLock.com All4Share.net