Tramp ABŞ "demokratiyasının" maskasını cırdı: İŞİD-çiləri niyə öldürməliyik?
Featured

21 Dekabr 2018

Tramp: İŞİD-çiləri Rusiyaya və İrana görə niyə öldürməliyik?

ABŞ prezidenti Donald Tramp öz ölkəsinin demokratiya pərdəsi ilə maskalanmış xarici siyasətinin əsl simasını göstərməkdədir. Tramp hər yeni çıxışında ABŞ rəsmlərini mat qoyur. Dünya isə əsrlərdir müşahid etdiyini, eşitmək istədiyini eşidir. Bəziləri onun bu qəfil açıqlamalarını sadəcə olaraq dəlilik adlandırır.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Tramp öz tvitter səhifəsində yazdığı statusu ilə yenə də ABŞ demokratiyasının əsl mahiyyətini ifşa edib. Belə ki, Suriya olaylarına toxunan Tramp bu dəfə İŞİD terror təşkilatını dəstəkləyib:

"Senator Lindsi Qrehemin əsgərlərin həyatının xilası və milyardlarla dollara qənaət edilməsinə qarşı çıxmasına inanmaq çox çətindir. Biz niyə görə Suriyada düşmənimizin xeyrinə savaşıb, İŞİD-çiləri Dəməşqə, Rusiyaya və İrana görə öldürməliyik? Ölkəmizə diqqət ayırmağın və gəncləri evlərinə gətirməyin vaxtı çatıb."

Maraqlıdır, görəsən Tramp hansı gəncləri evinə gətirməyə çalışır? Yəqin ki, söhbət ABŞ  və digər güclərin yaradıb adını islama bağladıqları İŞİD terror təşkilatına cəlb etdikləri avropalı və amerikalı gənclərdən-terrorçulardan gedir. Bəli, Tramp düz deyir, artıq bu terrorçuları evinə yığmağın vaxtı çatıb. Çünki bu avara və narkomanlar onsuz da bir iş bacarmadılar. Əliyalın insanları din pərdəsi iə pərdələnərək kütləvi şəkildə, vəhşicəsinə öldürən İŞİD terrorçuları əlisilahlıları görüncə arvad libasında qaçıb aradan çıxmağa çalışarkən yaxalandılar. Yəni bu qədər güclərin xərclədikləri pulları belə bacarıqsızlıqları ilə havaya uçurdular.

Картинки по запросу terrorçular qadın paltarı

İŞİD terror təşkilatının ideya müəlliflərindən olan senator Con Makkayin Yaxın Şərqdə bu ideyasının çiçək açacağını gözləyə-gözləyə beyin xərçəngindən öldü. O, deyəsən sağlığında duymuşdu ki, Tramp onun İŞİD ideyasını yarıtmayacaq. Odur ki, Arizona ştatından senator seçilmiş Con hətta sağlığında Trampın onun dəfn mərasimində iştirak etməməsini vəsiyyət etmişdi. Loru dillə desək "ölsəm üstümə gəlmə" üsyanı senatorun Trampa qarşı nə qədər qəzəbli olduğunu ortaya qoyurdu.

Qeyd edək ki, Trampın Suriyadan ABŞ əsgərlərinin çıxarılması qərarına qarşı çıxanlardan biri də senator Qrehemdir. Bu arada Trampın Suriyadan geri çəkilməsinə etiraz edən ABŞ müdafiə naziri Jim Mattis də istefa verdi.

Top
JoomlaLock.com All4Share.net