Fransa hökuməti İrana çağırış etdi
Featured

13 Yanvar 2019

Fransa İranı atom başlıqlarının hazırlanması yönündə fəaliyyətini dondurmağa çağırdı.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin mətbuat katibi Agnes von der Mühll bildirib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) İranın atom bombasını inkişaf etdirməsinə razılıq verməyib.

Əslində Fransada ara qarışdığı, "Sarı jiletlilər" Hərəkatının ölkəni ayağa qaldırdığı, üstəlik ölkədə 4 nəfərin ölümü ilə nəticələnən partlayışın baş verdiyi bir dönəmdə qəfil İran İslam Respublikasının hər hansı fəaliyyətinin xatırlanması çox gülünc görünür. Görünür, Fransa iqtidarı xalqın qarşısında itirdiyi nüfuzunu bərpa etmək və yerini bərkitmək üçün ABŞ-ın xoşuna gəlməyə çalışır. 

Qeyd edək ki, Fransada "Sarı Jiletlilər" Hərəkatının qəfil yaranmas və Fransanı alt-üst etməsi dəəslində ABŞ-ın ssenarisi əsasında hazırlanmış "demokratiya" cəzasıdır. Səbəb isə Fransa prezidenti Makronun çıxışlarından biri zamanı "Fransa Amerikanın vassalı deyil" deməsi olub. Fransanın qəfil İranı xatırlatması da Makronun "peşimanlıq" jestindən xəbər verir.

Top
JoomlaLock.com All4Share.net