ABŞ-ın "Venesuela baharı" çiçəkləyəcəkmi?-VİDEO
Featured

24 Yanvar 2019

Venesuelada xalq küçələrə çıxdı. Bir dəstə prezident Nikolas Maduronun getməyini tələb etsə də digərləri onun hakimiyyətdə qalması üçün səsini ucaltdı.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Maduro xalqına müraciət edib: "Cəsur və döyüşkən Venesuela xalqını bir yandan işlərinə və təhslinə davam edərkən, eyni zamanda vətəninin istiqlalını müdafiə etmək üçün küçələrdə qalmağa və səfərbər olmağa çağırıram!"

İllərdir Venesuelanı işğal altına almaq istəyən ABŞ isə bu yürüşlərə çağırış etmiş Venesuela parlamentinin spikeri, müxalifət lideri  Xuan Quaydonu artıq prezident elan edib. X.Quaydo da özünü prezident vəzifələrinin icraçısı elan edib.

ABŞ-la yanaşı Kanada, Kolombiya, Peru, Ekvador, Paraqvay, Çili, Panama, Argentina, Kosta Rika və Qvatemala Quaydonu Venesuela prezidenti kimi qəbul edib. Heç bir seçki olmadan tələsik prezident elannanməsi çox qəribə görünmədi çünki ABŞ hökuməti illərdir Venesuelada çevriliş etmək cəhdindədir. Söz yox ki, hələ də istəyinə tam nail ola bilməyib. Çünki artıq Mduro tərəfdarları böyük çoxluq ilə küçələrə axışmaqdadır. 

Son dakika: Maduro süre vermişti ABDden flaş açıklama

Xuan Quaydo

Qeyd edək ki, aksiyalar zamanı polislər etirazçıların dağılması üçün gözyaşardıcı qazdan istifadə ediblər. Verilən xəbərlərə görə 16 nəfərə yaxın insan qarşıdurma zamanı həlak olub. 
Saxta yolla ABŞ prezidentliyini əldə edən Donald Tramp isə Maduronu hakimiyyətə qanunsuz yolla gəldiyini və seçkilərə hiylə qarışdırdığını bildirərək Xuan Quaidonu Venesuela prezidenti kimi tanıdığını bəyan edib. 

Venesuela prezidenti Nikolas Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdiyini bildirib və o, amerikalı diplomatlara ölkəni tərk etmələri üçün 72 saat vaxt verib. O, müraciətini Karakasdakı prezident sarayının eyvanından səsləndirib. 

Əslində Venesuelada nə baş verir? ABŞ imperializmi Venesuela xalqı üz-üzə qoydu. Hakimiyyətə saxta yollarla yiyələnən ABŞ prezidenti Donald Tramp tələm-tələsik Venesuelada parlamentin sipkeri Xuan Qyuadonu Venesuela prezidenti elan etdi və nə qədər gülünc olsa da buna xalqın demokratiyasının qələbəsi adını verdi. Bir ölkəyə dünyaya hegomonluq iddiasında olan ABŞ-ın tələsik prezident təyin etməsinin harasında demokratiya var? Bu çox gülüncdür və bunun bir adı var "ABŞ demokratiyası". Allah Venesuela xalqını ABŞ-ın Suriyaya, İraqa, Misirə, Yəmənə bəxş etdiyi "ABŞ demokratiyası"dan qorusun!

Top
JoomlaLock.com All4Share.net