Makron "erməni soyqırımı"nı Fransada matəm günü elan etdi
Featured

06 Fevral 2019

Fransa prezidenti Emmanuel Makron qondarma "erməni soyqrımı" tarixini-24 apreli Fransada Fransada matəm günü elan etdi.

Vetenugrunda.az-ın erməni mediasına istinadən verdiyi xəbərə görə, bundan sonra 24 aprel Fransada milli "erməni soyqırımı qurbanları"nın xatirə günü kimi qeyd olunacaq. Emmanuel Makron erməni təşkilatları koordinasiya şurasının illik şam yeməyində ermənilərə belə bir jest edib: 

"Fransa 1915-ci ildən bəri Türkiyədə ermənilərə qarşı baş verən bu soyqırımı olduğu kimi – bəşəriyyətə, sivilizasiyaya qarşı cinayət adlandırır. Erməni soyqırımı bizim yaddaşımızın bir hissəsi olduğu üçün onun xatirəsi respublikamızda yad edilməlidir".

Makronun bu addımını Türkiyə hökuməti ciddi tənqid edib.

Xatırladaq ki, "erməni soyqırımı" rəsmi olaraq 23 dövlət tərəfindən tanınıb. ABŞ-ın bir çox ştatlarında da bu qondarma olayı rəsmi şəkildə əbədiləşdiriblər.

Top
JoomlaLock.com All4Share.net