Suriyalılar yurduna qayıdır
Featured

11 Fevral 2019

Suriyada illərdir davam edən müharibə səngidikcə ölkəsindən didərgin düşən əhali geri qayıdır. Hətta sutka ərzində 900-ə yaxın qaçqının ölkəsinə qayıtdığı bəlli olub.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqələrindən 338 qaçqın (102 qadın, 173 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 550 qaçqın (165 qadın, 281 uşaq) öz ölkəsinə qayıdıb.

Hələ 2014-cü ildə Suriyadan müxtəlif ölkələrə üz tutan qaçqınların sayı 3 milyonu keçmişdi. Onlardan yalnız 62 minini həmin il Qərb ölkələri qəbul edib, sığınacaq vermişdi. Türkiyə və İordaniya isə qaçqınların daha çox hissəsini qəbul edib. 

Top
JoomlaLock.com All4Share.net