Ayətullah Xamenei: "Bu cinayətdə bölgə və digər ölkələrin casus şəbəkələrinin barmağı var"
Featured

15 Fevral 2019

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilab Keşikçiləri Korpusunun hərbçilərinə qarşı olunan terror aktı Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei tərəfindən sərt tənqid olunub. 

Ayətullah Xamenei Sistan və Bəluçistan əyalətində baş vermiş cinayət qurbanların ailəsi və yaxınlarına başsağlığı verib və bu cinayətdə bölgə və digər ölkələrin barmağı olduğunu və bu məsələnin ciddi araşdırılmasını istəyib.

Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Düşmənlərin əli yenə ölkənin ədalətli gənc xidmətçilərinin qanına bulaşdı. Onlar sərhədlərin qorunması və xalqın təhlükəsizliyini qorumaq üçün canlarını fəad etdilər. Bu cinayətdə bölgə və digər ölkələrin casus təşkilatlarının barmağı var və aidiyyatı qurumlar bu məsələni ciddi araşdırılmalıdırlar.

Mən bu məzlum şəhidlərin və Sepahın böyük ailəsinə təbrik və başsağlığı verirəm Uca Yaradandan onlar üçün ən yüksək dərəcələri verməsini diləyirəm! Yaralılara Allahdan təcili şəfa arzulayıram. İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) bu ağrılı hadisəni araşdırmalı, boşluqlar və zəiflikləri tapmalı və həll etməlidir."

Top
JoomlaLock.com All4Share.net