İsrailli nazirə 11 il həbs cəzası verildi-İRANA GÖRƏ
Featured

26 Fevral 2019

İsrailin sabiq enerji və yeraltı sərvətlər naziri Gonen Segev İrana casusluqda ittiham edilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Gonen Segev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Nazir və millət vəkili kimi vəzifələr daşıyan Gonen 2018-ci ilin iyununda "İrana cəsusluq etmək və düşmənə yardım etmək" ittihamıyla saxlanılıb. 

İsrailin Kəşfiyyat xidməti olan "Şin Bet"in açıqlamasına görə, 1992-1995-ci illərdə enerji naziri işləyərkən Gonen Segey öz ölkəsinə xəyanət edib. Verilən açıqlamada deyilir ki, Segev İranın Nigeriyadakı səfirliyində bir-çox iranlı rəsmilərlə görüşüb, daha sonra isə iki dəfə İrana səfər edib. Bu səfərlər zamanı onun bəzi insanlarla görüşdüyünü iddia edən İsrail hökuməti keçmiş naziri yaşadığı Nigeriyada həbs edərək öz ölkəsinə gətirib. 

2005-ci ildə isə Segevi Hollandiyadan İsrailə 30 min uyuşdurucu həb keçirməyə çalışmaqda ittiham edib 5 il azadlıqdan məhrum etmişdilər. O, 2 ildən sonra azadlığa çıxmışdı. Bu gün İsrail məhkməsi Segevi 11 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırıb. 

Top
JoomlaLock.com All4Share.net