Paşniyanın mətbuat katibi Rusiyada görüşlər keçirir
Featured

12 Mart 2019

Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuatı katibi Vladimir Karapetyan Moskvada işgüzar səfərdədir. "Sputnik Ermənistan" yazır ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyi məlumat yayıb.

V.Karapetyan Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovla görüşüb. Onlar informasiya sahəsində təcrübə mübadiləsini, əlaqələrin gücləndirilməsi üçün məşvərət xarakterli belə görüşlərin davamlı keçirilməsini, habelə Ermənistanla Rusiya arasında məsələlərə dair tədbirlərin işıqlandırlımasını və əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

V.Karapetyan Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri və ekspertlərlə görüşüb. Görüşdə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan da iştirak edib.

Qeyd edək ki, V.Karapetyan Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın adamı sayılır.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net