Rusiya vətəndaşlarına xəbərdarlıq etdi: Azərbaycana getməyin!
Featured

13 Mart 2019

Rusiya XİN növbəti dəfə anti-Azərbaycan bəyanatı ilə çıxış edərək, ölkə vətəndaşlarına Azərbaycana səfər etməməyi məsləhət görüb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, nazirlik bu xəbərdarlığına maraqlı səbəb də göstərib: Azərbaycan erməni əsilli Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə vermir.

Rusiya XİN-in saytında dərc edilmiş bəyanatda deyilir: "Azərbaycanın sərhəd xidməti birbaşa və ya dolayı olaraq erməni millətinə aidiyyat əlamətləri olan şəxsləri, vətəndaşlığından asılı olmayaraq, ölkə ərazisinə buraxmaqdan imtina etməkdə davam edir. Səbəb kimi bu cür şəxslərin təhlükəsizliklərinin təminatının mümkünsüzlüyü göstərilir. Azərbaycan Respublikasına gələn Rusiya Federasiyası vətəndaşlarının ernik əlamətinə görə ayrıseçkiliyə məruz qalmalarının yolverilməzıliyi haqqında Rusiya tərəfinin Azərbaycan tərəfinə dəfələrlə etdiyi müraciətlər cavabsız qalır."

Məlumatda deyilir ki, bu xüsusatlar nəzərə alınaraq XİN Rusiya vətəndaşlarına Azərbaycana səfərləri planlaşdırarkən "mümkün riskləri hərtərəfli ölçüb-biçməyi" təkidlə tövsiyə edir.

YADDAŞ

2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə" qurulub. "Məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Maraqlıdır, anasının məzarını ziyarət etmək üçün öz ata yurdunda oğurlanaraq, əsir alınan Rusiya vətəndaşı Dilqəm Əsgərovdan ötrü  niyə görə bu qədər narahat olmur Rusiya? Əgər nigarançılıq sırf vətəndaşların təhlükəsizliyi ilə bağlıdırsa, o zaman erməni girovluğunda olan Dilqəm Əsgərov dəhşətli işgəncələrə məruz qalanda Rusiya niyə etiraz etmirdi? Üstəlik, Rusiya hökuməti niyə görə öz vətəndaşının Rusiyaya ekstradisiyası ilə maraqlanmır? Bütün sualların bir cavabı var; Dilqəm Əsgərov müsəlmandır.

Top
JoomlaLock.com All4Share.net