"İran Amerikanın 608 hərbçisini öldürüb"

04 Aprel 2019

ABŞ: İran 608 amerikalı hərbçini öldürüb!

Bu haqda ABŞ-ın İran üzrə xüsusi təmsilçisi danışıb.

ABŞ İranı İraq müharibəsi zamanı 608 amerikalının ölümündə ittiham edib.

ABŞ-ın İran üzrə xüsusi təmsilçisi Brayan Huk bəyan edib ki, bu rəqəm ABŞ 2003-2011-ci illərdəki bütün hərbi itkilərinin 17 faizidir.

"Mən bu gün məxfilikdən çıxarılmış kəşfiyyat məlumatlarına əsaslanaraq elan edə bilərəm ki, İran İraqdakı 608 amerikalı hərbçinin ölümünə görə cavabdehdir", - deyə o qeyd edib.

Bundan başqa, Hukun sözlərinə görə, İran "İraqı öz nəzarəti altına almağa çalışır".(islamazeri)

Top
JoomlaLock.com All4Share.net