Əkrəm İmamoğluya cinayət işi açıldı-VİDEO
Featured

07 Aprel 2019

Türkiyədə CHP-dən namizəd olan Əkrəm İmamoğlunun İstanbulda Bələdiyyə seçkilərində qalib gəlməsi iqtidar tərəfindən müsbət qarşılanmayıb. Hətta Böyükşəhər Bələdiyyə sədri kimi Anıtqəbiri ziyarət etdiyi üçün cinayət işi açılıb.

Ə.İmamoğluya Türkiyə Cinayət məcəlləsinin 262.1 maddəsi ilə (ictimai vəzifəni qanunsuz olaraq boynuna götürmək) cinayət işi açılıb. Bu barədə Cinayət elanı ərizəsini Samsun Ədliyyəsinə aparan vəkil Elif Özge Çankaya danışıb.

O bildirib ki, YSK seçki nəticələrini tam açıqlamamış, 2 aprel tarixində Əkrəm İmamoğlu Anıtqəbir ziyarətində olmuş, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı adıyla Anıtqəbir dəftərini imzalamışdır. Buna görə, Samsun Respublika Prokurorluğu cinayət işi açılıb.

Əkrəm İmamoğluya cinayət işi açıldı -Anıtqəbiri ziyarət etdiyi üçün (VİDEO)

Top
JoomlaLock.com All4Share.net