Putinlə Ərdoğanın görüşü başlandı-VİDEO
Featured

08 Aprel 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada səfərdədir. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Kremldə Ərdoğan-Putin görüşü başlayıb. Görüş Rusiya-Türkiyə Ali Əməkdaşlıq Şurasının 8-ci iclası çərçivəsində baş tutub. Məlumata görə, görüş çərçivəsində dövlət başçıları ikitərəfli münasibətləri, ticari-iqtisadi əlaqələri, Türk Axını qaz kəməri və Ağquyu atom elektrik stansiyasının tikintisini, S-400-lərin Türkiyəyə tədarükünü müzakirə edəcəklər.

Tərəflər arasında həmçinin Suriya məsələsi də müzakirə olunacaq.

Ərdoğan səfər çərçivəsində 3 anlaşmanın imzalanacağını bildirib. O, deyib ki, Rusiya ilə iqtisadi əlaqələr genişlənməkdədir: "Hədəfimiz hazırda 35 milyard dollarlıq ticarət əlaqələrimizi 100 milyard dollara çatdırmaqdır".

Türkiyə prezidenti daha sonra deyib ki, Türkiyə-Rusya əlaqələrində əsas məqsədlərindən biri də bölgədəki terror olaylarına qarşı birgə mübarizə aparmaqdır: "Rusiya ilə birgə Suriyada atdığımız və atacağımız addımların önəmli olacağını düşünürəm".

Qeyd edək ki, Rusiyaya səfərində Ərdoğanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, maliyyə naziri Berat Albayraq, müdafiə naziri Hulusi Akar və iqtisadyyat naziri Ruhsar Pekcan müşayiət edib.

Görüş zamanı qeyd edilib ki, bu gecə Rusiyada Türkiyə-Rusiya Mədəniyyət və Turizm ilinin açılışını edəcəklər.

Top
JoomlaLock.com All4Share.net