Print this page

İranlı deputatlar ABŞ-ın cavabını vəhdət ilə verdilər
Featured

09 Aprel 2019

Aprelin 8-də ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabının Keşikçiləri Korpusunu (SEPAH) xarici terror təşkilatları siyahısına saldığını bildirib. İran İslam Şurası Məclisinin (parlament) nümayəndələri bu təhdidə layiqli şəkildə cavab verib.

Vetenugrunda.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, aprelin 9-da plenar iclasa bütün deputatlar hərbi formada gəlib.

SEPAH-ın hərbi formasında iclasa gələn deputatlar bəyan ediblər ki, İran parlamenti SEPAHI dəstəkləyir və hər zaman onun yanında olacaq. Deputatlar bildirib ki, İran ordusunun əsasını təşkil edən SEPAH bütün regionu terrorçulardan təmizləməkdə və təhlükəsizliyini təmin etməkdə misli görünməmiş qəhrəmanlıq nümayiş etdirib.

Bunun ardınca isə İran ABŞ ordusunu terror təşkilatı, əsgərlərini isə terrorçu elan edib. Əfqanıstanda öldürülən 3 ABŞ əsgərini İran mediası "Əfqanıstanda 3 ABŞ terrorçusu öldürüldü" başlığı ilə verib. Bu başlığa dünyanın müxtəlif sosial şəbəkələrində maraqlı yorumlar gəlib. Daha çox isə "ABŞ əsgərinin Əfqanıstanda nə işi vardı" sualı maraq doğurub.