Nazarbayevin qızı prezident seçkilərində iştirak etməyəcək
Featured

09 Aprel 2019

Qazaxıstan Senatının rəhbəri Dariqa Nazarbayeva prezident seçkilərində iştirak etməyəcək.

Bu barədə Senat dəftərxanasının rəisi Saul Mustafayev açıqlama verib.

Beləliklə, ölkə Senatının keçmiş sədri Kasım-Jomart Tokayevin prezident seçilmə şansları xeyli artıb.

Xatırladaq ki, ölkənin ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı olan Dariqa Nazarbayeva martın 20-də Senat sədri seçilib.

Onu da qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net