Türkiyə ABŞ-ın İranla bağlı qərarını pislədi
Featured

10 Aprel 2019

Aprelin 8-də ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabının Keşikçiləri Korpusunu (SEPAH) xarici terror təşkilatları siyahısına saldığını bildirib. Bu qərar dünyanın bir-çox ölkələrində hiddətlə qarşılanıb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu da Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) ABŞ-ın terror qruplaşmaları siyahısına salmasını pisləyib. O, ABŞ-ın qərarını tənqid edib və bu cür qərarların regionda qeyri-sabitliyə səbəb olacağını bildirib. 

Qeyd edək ki, ABŞ-ın SEPAH-ı terror təşkilatlarının siyahısına salmasına cavab olaraq İranın Xarici İşlər Nazirliyi (XİN) İran prezidenti Həsən Ruhaniyə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki komandanlığının terror təşkilatları siyahısına salınmasını təklif edib. Bunun ardınca isə İran ABŞ ordusunu terror təşkilatı, əsgərlərini isə terrorçu elan edib. Əfqanıstanda öldürülən 3 ABŞ əsgərini İran mediası "Əfqanıstanda 3 ABŞ terrorçusu öldürüldü" başlığı ilə verib. 

Türkiyə XİN ABŞ-ın "Sepah"la bağlı qərarı barədə

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Vaşinqtonun İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) ABŞ-ın terror qruplaşmaları siyahısına salmasına münasibət bildirib.

"Anadolu" agentliyi xəbər verir ki, ABŞ-ın qərarını tənqid edən nazir bildirib ki, bu cür qərarlar regionda qeyri-sabitliyə səbəb olacaq.

Qeyd edək ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) terror qruplaşmaları siyahısına salıb. Bu qərara cavab olaraq İranın Xarici İşlər Nazirliyi (XİN) ölkə prezidenti Həsən Ruhaniyə ABŞ Silahlı Qüvvələrinin Yaxış Şərqdəki komandanlığının terror təşkilatları siyahısına salınmasını təklif edib.  

Top
JoomlaLock.com All4Share.net