"WikiLeaks" yaradıcısı Culian Assanj həbs edildi-VİDEO
Featured

11 Aprel 2019

Culian Assanj həbs olundu. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, "WikiLeaks" yaradıcısı Culian Assanjı bu gün Ekvador səfirliyində Britaniya polisi tərəfindən həbs edilib.

Gizli sənədləri dünyaya yaymaqla məşhurlaşan 47 yaşlı  Culian Assanjın həbsi üçün polisləri səfirlik binasına səfir dəvət edib.  Bundan əvvəl Ekvador C. Assanja daha sığınacaq verməyəcəyini və sığınacaq müddətini uzatmaqdan imtina etdiyini bildirib. 

 

Top
JoomlaLock.com All4Share.net