Mövlud Çavuşoğlu Fransaya kirli tarixini xatırlatdı-VİDEO
Featured

12 Aprel 2019

Antalya şəhərində keçirilən NATO Parlament Assambleyasının 99-cu iclasına Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu möhtəşəm çıxışı ilə damğasını vurub.

Vetenugrunda.azın verdiyi xəbərə görə, məclisin sədri Mustafa Şəntop Fransada hər il aprelin 24-nün qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsini anma günü elan edilməsinə sərt münasibət bildirib.

Bundan sonra söz Mövlud Çavuşoğlu çıxış edərkən Fransa prezidenti Emmanuel Makronun partiyasından seçilən deputat Sonia Krimi Türkiyəni PKK-nı terror təşkilatı kimi tanımaqda və digər məsələlərdə qınadı.

Mövlud Çavuşoğlu Fransanın soyqırımı və tarix məsələlərində Türkiyəyə dərs keçəcək sonuncu ölkə olduğunu deyərək, fransızların müstəmləkəsi olmuş Əlcəzairdə milli-azadlıq hərəkatı iştirakçılarından 1,5 milyon nəfəri qətlə yetirən, yüz minlərlə insanı yaralayan və itkin düşməsinə səbəb olan Fransanın, Ruandada da etnik tutsilərin kütləvi məhv edilməsini xatırlatdı: "Fransada 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə əlaqədar qəbul olunmuş son bəyannamə bu ölkənin Konstitusiya məhkəməsinin səlahiyyətlərini aşan bir hərəkətdir. Tarixçilərin araşdırmalı olduğu bu hadisələrin siyasətə alət edilməsi təəssüf doğurur". Mövlud Çavuşoğlu Fransa Prezidentinin qondarma "erməni soyqırımı"nı tanımasını da populist addım adlandırıb.

Çavuşoğlunun bu çıxışından sonra iclasda Fransanı təmsil edən fransalı deputat və digər qadın zalı tərk ediblər.

Картинки по запросу fransa cezayir

Fransa əsgərləri dinc əlcəzairlilərin kəsdikləri başları ilə əylənirlər

Похожее изображение

Fransada bir muzeydə 1830-1960-cı ilə qədər fransızların kəsdikləri əlcəzairlilərin başları sərgilənir

Top
JoomlaLock.com All4Share.net