Türkiyəli professor 24 aprel "erməni soyqırımından" danışdı
Featured

17 Aprel 2019

Türkiyəli professor İbrahim Öztek qondarma "erməni soyqırımı" ilə bağlı İstanbulda keçiriləcək nümayişlərə qarşı lazımi tədbirlər görülməsini tələb edib. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, türkiyəli professor İbrahim Öztek ermənilərin qondarma soyqırımı tarixindən danışarkən deyib ki, hər il bu tarixi  böyük təmtaraqla qeyd etmək üçün dünyanın müxtəlif ölkələrində yaşayan millətçi ermənilər Türkiyəyə axışır. İmperalist dövlətlərin ərköyün xidmətçiləri olan bu ermənilər artıq 24 aprel 2019-cu il tarixində keçirəcəkləri mərasmlər üçün hazırlıq görürlər: "Bu il də 24 apreldə ermənilər İstanbula gələcəklər, Taksimdə, Beyoğluda, Haydarpaşada şamlar yandırıb, şəkillər asacaqlar, "türklər bir milyon yarım ermənini yox etdi" deyib, ailəmə car çəkəcəklər. Biz isə bu ermənilərin gözümüzün içinə baxa-baxa bizə etdiyi təhqirləri dinləyəcəyik. Daha sonra dünyanın müxtəlif ölkələrindən Türkiyəyə gələn bu ermənilər İstanbulda özlərinə yüksək səviyyəli işbirlikçiləri quracaqlar. Sonra da heç nə olmamış kimi gəldikləri kimi gedəcəklər. Bu insanların kimliyi və məqsədi aydındır, onlar bizim sərhədlərimizdən içəri buraxılmamalıdır".

Professor daha sonra Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş torpaqları haqqında fikir bildirib və xüsusilə Xocalı soyqırımına toxunub.

İbrahim Öztek Türkiyənin daha böyük bir probleminə toxunaraq bildirb ki, İstanbulda bu gün də varlı türk ailələrinin övladlarına erməni qadınlar dayəlik edərkən, Ermənistanda erməni uşaqlarına lap beşikdən türklərə qarşı, Türkiyə və Azərbaycana qarşı nifrət hissi aşılanır.

Top
JoomlaLock.com All4Share.net