PKK ermənilərdən ibarət xüsusi dəstə yaratdı
Featured

24 Aprel 2019

Kürd millətçilərinin PKK terror təşkilatının qolları olan PYD ilə YPG Türkiyəyə və Azərbaycana qarşı vuruşmaq üçün Suriyada və Livanda yaşayan ermənilərdən ibarət silahlı dəstə yaradıb.

Vetenugrunda.az-ın ermənilərin sonhaberler.com saytına istinadən xəbər verir ki, terror təşkilatı silahlı dəstəyə topladığı şəxsləri 1915-ci ildə guya Türkiyəni tərk edərək Suriyaya və Livana köçən ermənilərin törəmələri olduğunu bildirib.

Silahlı qruplaşma aprelin 24-dən fəaliyyətə başladığını elan edib. Dəstəyə Suriyada öldürülən Türkiyə Kommunist Partiyası-Marksçı-Leninçi terror dəsətəsinin üzvü Nubar Ozanyanın (Orhan Bakırçıyan) adı verilib.

Terror dəstəsinin başçılarından biri Masis Otayyaf Suriyanın Kamışlı, Haseke, Serekaniye, Dirbesiye və Amude kimi şəhərlərində yaşayan erməniləri bir yerə yığaraq onlara hərbi və ideoloji təlim keçdiklərinin bildirib. Onların yerləşdiyi qərargaha 1982-ci ildə Türkiyənin Eseboğa bölgəsində 9 nəfərin ölümü, 72 nəfərin yaralanması ilə nəticələnən terror hücumunu törədən terrorçu ASALA qruplaşmasının üzvü Levon Ekmeçiyanın fotosu vurulub.

Xəbərdə o da qeyd edilir ki, PKK terror təşkilatının Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilərlə birləşərək Azərbaycana qarşı döyüşüb. Azərbaycana qarşı döyüşə getmək 400 nəfərlik erməni və kürd terrorçusu, Ermənistana göndərilib. Terrorçular bomba və təxribat üzrə təlim görənlər arasından seçilib. PKK-nın təlimatlandırdığı ermənilərdən ibarət bu qrup "Ağrı Qartalları" adlanır. Onlara Livan Karadağ, Hemaran Kerveçiyan və Servet Bagopşin adlı 3 terrorçu başçılıq edib. Gələcəkdə ermənilərdən ibarət bu silahlı dəstənin "İnternasional tabor" adlanacağı gözlənilir.

Qeyd edək ki, bu gün Türkiyədə yaşayan ermənilər hər il olduğu kimi 24 aprel qondarma erməni soyqırımı gününü İstanbulda "Şişli" qəbristanlığında və başqa yerlərdə "Biz itirdiklərimizi aprelin 24-də xatırlayırıq" şüarı altında mərasim keçirirlər. 

Top
JoomlaLock.com All4Share.net