Yəhudi və erməni birliyinin Ukrayna qələbəsi
Featured

03 May 2019

Yəhudi əsilli oliqarx İqor Kolomoyskiy Bihus.info-ya müsahibəsində, seçkilər zamanı Zelenskinin qələbəsinin, onun və daxili işlər naziri Avakovun "ümumi qələbəsi" olduğunu bildirib.

Avakovun Zelenskinin qələbəsi münasibətilə onu təbrik etdiyini soruşduqda, Kolomoyski belə cavab verib: "Avakov və mən daim ünsiyyətdəyik. Buna görə də, biz bunu ümumi qələbə hesab edirik".

"Zelenskinin seçkisi ilə əlaqədar bizim ortaqlığımız yoxdur, bizdə Zelenski "fan klubu" var. Biz Zelenskini dəstəkləyirik. Biz, Yuliyanı (Yuliya Timoşenko) da birlikdə dəstəkləmişik . Biz Petyaya qarşı (yəni, Petro Poroşenkoya) birləşmişdik" - Kolomoyski cavab verib.

Avakov hansı vaxtdan "Petya əleyhinə azarkeşlik" etməyə başladı, sualına oliqarx belə cavab verib:

"Mən onun əvəzinə danışmaq istəmirəm, amma, məndən soruşsalar ki, Avakovda nə zaman "geridönməz proses" başladı, deyərdim ki, Petya" Rubikonu keçəndə ", yəni nazirin oğlu ilə bağlı əhvalatı deyirəm ("Avakovun çantaları işi" - Ukrayna təhlükəsizlik xidməti Avakovun oğlunu şübhəli şəxs kimi saxlayanda).

P.S. Ukrayna daxili işlər naziri Avakov əsl milli xarakterini nümayiş etdirib. Poroşenkonun üzünə gülüb, arxasınca iş çevirib. Yeni prezident Zelenskiyə qarşı da belə olacağı şübhəsizdir, sadəcə bu dəfə qarşısındakı yəhudidir.(moderator.az)

Top
JoomlaLock.com All4Share.net