Avropa Birliyi İsrailə qarşı raket atəşlərini dərhal dayandırmağı tələb etdi
Featured

08 May 2019

Moqerininin açıqlamasında İsrailin hava hücumları nəticəsində şəhid olan və yaralanan fələstinlilərdən bəhs edilməməsi diqqəti çəkib.

İsrailin Qəzzaya təşkil etdiyi hücumlar nəticəsində şəhid olan fələstinli sayının 20-ə çatdığı bir vaxtda, Avropa Birliyi Qəzzadan İsrailə qarşı raket atəşlərinin dərhal dayandırılmasına çağırıb.

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini yazılı açıqlamasında, "Qəzzadakı fələstinli hərbçilərin qeyri-nizami raket atəşləri dərhal dayandırılmalıdır. AB İsrailin təhlükəsizliyini güclü şəkildə dəstəklədiyini bir daha vurğulayır",- deyib.

İsrail xalqına başsağlığı verən xanım Moqerini raket atəşlərinin İsrail xalqına "ifadəedilməz" kədərlər yaşatdığını və şiddəti qızışdırdığını iddia edib.

Moqerininin açıqlamasında İsrailin hava hücumları nəticəsində şəhid olan və yaralanan fələstinlilərdən bəhs edilməməsi diqqəti çəkib.(islamazeri)

Top
JoomlaLock.com All4Share.net