İslam Rəhbərinin liderlik dərsi
Featured

14 İyun 2019

Düşmənə qarşı Əhli Beyt duruşu və ya Trampın məktubu layiq olduğu yerə qoyuldu.

İslam dünyasının Ali Dini Lideri Ayətullah Seyyid Əli Xamenei iyunun 13-də Yaponiyanın baş naziri Şinzo Abeyi qəbul edib.
Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu bütün dünyanın diqqətində olan görüşmə idi. Çünki yaponiyalı rəsmi Seyyid Əli Xameneiyə ABŞ-ın prezidenti Donald Trampın məktubunu gətrmişdi. Baş nazir Xamenei Trampla danışıqlara başlaması üçün Yaponiyaya dəvət edib.

Bu ilin may ayının 29-da Yaponiyaya rəsmi səfərdə olan Trampın, bu ölkənin baş nazirini islam dünyasının liderinə minnətçi salması əslində müsəlmanların dünyada qüdrət sahibi olduqlarını, düşmənin təbliğ etdiyi kimi aciz olmadıqlarını elə "azicsiniz, bacarmasınız" təbliğatını aparanların öz əməlləri ilə sübut olunması isə xeyirin şər üzərindəki qələbəsi idi. Əslində bu elçilik məsələsi, İrana qarşı tətbiq etdiyi iqtisadi sanskiyalarla istədiyi nəticəni əldə etmədiyini görən ABŞ rəhbərliyinin "isti münasibətlərə" can atması idi. Amma bu dəfə özünü dünyaynın ağası adlandıran ölkəni qapının arxasında qoyanlar da tapıldı.

 Deyəsən, doğrudan da O, Müqəddəs Gün yaxınlaşır...

Bütün bunlar bir yana, dünyanın maraqla izlədiyi bu görüşmədə çox maraqlı məqamlar diqqət çəkdi.
Şinzo Abey Trampın məktubunu Xamenei Ağaya təqdim edəndə o, necə deyərlər əlinin arxası ilə məktubu geri itələdi və hər zaman olduğu kimi qılıncdan iti kəlamları ilə dünyanı lərzəyə gətirdi. Bu kəlamlar əslində Zülfüqar qılıncının əbədi olaraq düşmənə tərəf çevrilmiş iti üzünü və kəskinliyini Trampa xatırlatdı: "Amerikaya güvənmirik. ABŞ, Avropa Birliyi və digər ölkələrlə birlikdə baş tutan nüvə müzakirələrindən gördüyümüz acı təcrübələri təkrarlamaq istəmirik.

Müstəqil bir ölkəyə və ağıla-məntiqə sahib olan heç bir xalq basqı, təzyiq altında görüşməyi qəbul etməz.
Yaponiyanın bu görüşmədə xoş niyyətli olduğuna şübhəmiz yoxdur. Ancaq ABŞ prezidenti ilə bağlı söylədiklərinizə gəlincə, Tramp cavab verilməyə layiq adam deyil. Ona heç bir mesajım yoxdur və Trampa cavab yazmağı özümə layiq bilmirəm.
Əgər sizinlə görüşürəmsə, Yaponiya ilə bağlı hər nə qədər şikayətlərimiz olsa da bu, Sizin vasitəçilik etdiyiniz üçün deyil, Yaponiyanı dost bir ölkə kimi gördüyümüzdən irəli gəlir".

Daha sonra Xamenei Ağa Trampın İranda rejim dəyişikliyi niyyətində olmadığını təkrarlayan yaponiyalı rəsmi qonağa tarixə qızıl hərflərlə yazılası sözlərlə cavab verib: "Bizim ABŞ ilə problemimiz rejim dəyişikliyi deyil. Üstəlik, ABŞ-ın belə bir niyyəti olsa da bunu gerçəkləşdirəcək gücdə deyil. ABŞ prezidentləri 40 ildən bəridir ki, İran İslam Respublikasını yıxmaq üçün əllərindən gələni etdilər, amma bacarmadılar. Trampın İranda rejim dəyişikliyi niyyətində olmadığı bir yalandan ibarətdir. Gücü çatsaydı İranda çevriliş edərdi, amma gücü çatmadı".

ABŞ-ın nüvə silahı hazırlaması üçün İranla görüşmək istədiyini söyləyən yaponiyalı baş nazirə növbəti cavab da gecikmədi: "Biz nüvə silahı istehsal etməyin əleyhinəyik. Çünki bu istehsalın şəri baxımdan haram olduğuna dair fətva da yayınladım. Ancaq bunu da bilin ki, hətta nüvə silahı istehsalına başlasaydıq belə, Amerika qarşısını ala bilməzdi. ABŞ-ın buna icazə verib verməməsi bizə əngəl yarada bilməz.

Nüvə silahı saxlamaq ağıla ziyanlı bir əməldir. ABŞ-ın hansısa ölkənin nüvə silahına sahib olub-olmayacağı mövzusunda qərar vermək kimi bir səlahiyyəti yoxdur. Çünki ABŞ özü minlərlə nüvə başlığına sahibdir".

Daha sonra Trampın elçiliyini edən Yaponiya rəsmisi ABŞ-ın İran ilə doğru-dürüst görüşmək arzusundan danışıb.
Ali Dini Lider onun bu sözlərinə inanmadığını bildirib: "Sizin bu sözlərinizə inanmırıq. Çünki Tram kimi bir adamın dürstcə münasibətlər qurması mümkün deyil. Amerika siyasətçiləri arasında dürüstlük çox az tapılan dəyərdir.

Son bir neçə il ərzində nüvə görüşmələri ilə bağlı acı təcrübəmizi təkrarlamayacağıq. Bu anlaşmadan dərhal sonra həmin anlaşmaya həqarətlə yanaşan ilk şəxs Barak Obama oldu. Halbuki o, da görüşmə üçün can atmışdı və vasitəçilər göndərmişdi.

Hörmətli Abe, biz bu acı təcrübəni yaşadıq və ABŞ ilə yeni bir müzakirəni təkrarlamaq niyyətimiz yoxdur.

Allahın lütfi və yardımı ilə ABŞ ilə danışıqlar aparmadan da, bu qədər blokadaya rəğmən inkişafımızı, mübarizmizi davam etdirəcəyik.
Yaponiya önəmli bir Asiya ölkəsidir, İran ilə əlaqələrini artırmaq istəyirsə, başqa ölkələrin bu sahədə iradələrini göstərdikləri kimi öz qəti iradəsini ortaya qoymalıdır".

Əslində İran İslam Respublikasına Yaponiyanın baş nazirinin ABŞ-ın elçisi qismində gəlişi və bu iki ölkə arasında nüvə danışıqları ilə bağlı çəkdiyi əziyyət ağıllı yapon xalqının fikrini ifadə etmir. Çünki dünyanın hər tərəfində müharibə ocaqları qaynadan ABŞ dünyada ən dəhşətli zərbəni yapon xalqına vurdu. Xirosima və Naqasakiyə atdığı atom bombaları ilə. Yapon xalqı bu bombaların acısını hələ də yaşamaqdaykən, bu ölkənin rəsmisi ABŞ üçün elçilik edir və mövzu da nə olsa yaxşıdır, nüvə məsələsi.

Bu arada Fars Körfəzi ilə Hind okeanını birləşdirən strateji obyektdə, Oman körfəzində iki gəmidə baş verən şiddətli (şübhəli) partlayış ABŞ rəsmilərini güclü təkanla silkələdi. Bu partalyış ABŞ-a İran tərəfini ittiham etmək üçün bahanə verdi. 

İran sahillərinə yaxın ərazidə qeydə alınan partlayışlardan sonra gəmi heyəti sahil ölkələrini təcili köməyə çağırıb. Məlumata görə, tankerlərdən biri batmağa başlayıb. 44 nəfərdən ibarət heyət üzvünü xilas etmək mümkün olub. Xilas edilən dənizçiləri İranın Hürmüzgan əyalətində yerləşən Cask limanına yerləşdiriblər.

Qeyd edək ki, gəmilərin Marşal adaları və Panamaya məxsus şirkətlərə aid olduğu bildirilir. Tankerlər, Birləşmiş Ərəb Əmirliklərinə məxsus Əbu-Dabi limanında yüklənən nefti daşıyırmış.

Bəzi nüfuzlu media qrumları isə iddia edir ki, gəmilər atəşə tutulduqdan sonra partlayıb.

ABŞ-ın Xarici İşlər naziri Pompeo Oman Körfəzində neft tankerlərinə olan hücumda İranın məsuliyyət daşıdığını bildirib.
Trampın komandasında İrana qarşı daha aqressiv münasibəti ilə daim gündəmdə olan nazir bu barədə əllərində kəşfiyyat məlumatlarının olduğunu iddia edib: "Əlimizdəki kəşfiyyat məlumatları və hadisə zamanı istifadə edilən silahlar, eyni zamanda əməliyyatın yüksək professionallıqla həyata keçirilməsi imkan verir ki, bu işdə İranın məsuliyyət daşıdığını iddia edək".

Bölgədəki ABŞ donanmasından bildirilib ki, gəmi heyətindən onlara hücuma məruz qaldıqları barədə məlumat daxil olub.
Amerikalı hərbçilər kömək üçün əraziyə cəlb edilib.

Pompoeo qeyd edib ki, bütün dəlillər toplanıb araşdırıldıqdan sonra bu hücuma uyğun cavab veriləcək.

İran İslam Respublikasının xarici işlər naziri Məhmməd Cavad Zərif isə Yaponiyaya neft daşıyan tankerlərin İrana yaxın körfəz sularında hücuma məruz qalmasının məhz Yaponiyanın baş nazirinin İrana rəsmi səfəri zamanı baş verməsində kimlərin marağının olacağının hamıya bəlli olduğunu bildirib: "Hətta "şübhəli" ifadəsi bu səhər yaşananları təsbit etmək üçün kifayət deyil. Çünki tankerlərə hücum Yaponiyanın baş naziri Şinzo ilə cənab Xameneinin geniş və dostcasına görüşü tarixində baş verdi".

M.Zərif rəsmi Twitter səhifəsində ABŞ-ın bu addımını diplomatiyaya vurulan zərbə adlandırıb və bir neçə ay öncə bu ssenari barədə xəbərdarlıq etdiyini bildirib: "Oman körfəzində iki tankerə edilən hücumla bağlı ABŞ-ın İranın ünvanına səsləndirdiyi ittihamlar diplomatiyanın imicinə vurulan bir zərbədir. ABŞ heç bir dəlil olmadan dərhal İrana qarşı ittihamlar irəli sürdü. Aydın olur ki, B komandası B planına doğru hərəkət edir.

Mən bu ssenari ilə bağlı xəbərdarlıq etmişdim. Ona görə yox ki, mən öncəgörənəm. Sadəcə B komandasının haradan gəldiyini bilirdim".

Bir yapon atalar sözündə deyildiyi kimi "Ağcaqanadı vızıltısına görə yox, adamların qanını sorduğuna görə öldürürlər". Bu gün Tramp dünyanın qanını içir və zəhərli xəstəliyini yayır. Ağıllı yapon xalqı isə bu zəhərin acısını ən ağır şəkildə daddı və hələ də o acının ağrısını yaşayır. Amma öz acısını unutmamış, elçilik sevdasına düşən başçıları, kəsilmiş başın yerinə pambıq əkənləri yaxşı, ideal və mərhəmtli "əkinçi" kimi qələmə verməkdən heç də utanmır.

Hə yerigəlmişkən, əkinçi dedim yaponların bir gözəl atalar məsəli yadıma düşdü: "Bir dostunuz yemiş baxçasında gəzirsə, dalğın görünməyiniz ən böyük nəzakətdir".
Cənab Abe baxçasına tamah salan dostuna nəzakətli görünmək üçün can atdığı görüşdə tarixin unutmayacağı bir "şapalağı" yeməli oldu. O, "şapalağın" zərbəsindən karıxıb, Trampın məktubunu layiq olduğu yerə, altına qoydu.

Top
JoomlaLock.com All4Share.net