Türkiyədə erməni dilində telekanal fəaliyyətə başladı
Featured

14 İyun 2019

İyunun 14-dən başlayaraq Türkiyədə erməni dilində telekanal fəaliyyətə başlayıb.

"Luys" adlanan telekanaldakı verilişlərin 70 faizi erməni dilində, 30 faizi isə türk dilində yayımlanacaq. "Bizə bu yolda ən böyük dəstəyi cənab Prezident Rəcəb Tayyib Ərdoğan verdi" deyən kanalın əməkdaşı Aram Kuran Türkiyə prezidentinə təşəkkürünü çatdırıb.

Qeyd edək ki, bu günlərdə Türkiyədən İrəvana qatar reysi də fəaliyyətə başlayıb. 

Top
JoomlaLock.com All4Share.net