Binəli Yıldırım Əkrəm İmamoğlunu təbrik etdi
Featured

23 İyun 2019

Bu gün Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərdə səsvermə başa çatıb. Seçkilərin nəticəsi bəlli olub. Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu 53.66 faiz səslə qalib gəlib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, AKP namizədi Binəli Yıldırım seçkilərdə Əkrəm İmamoğluna yenildiyini qəbul edib və ona təbriklərini çatdırıb.

Binəli Yıldırım isə 45.43 faiz səs toplayaraq seçkidə uduzub.

Qeyd edək ki, əsas mübarizə Ədalət və İnkişaf Partiyasının namizədi Binəli Yıldırım və Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedirdi.

Martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanmışdı.

Hakim partiya isə İstanbulda səsvemənin nəticəsinə etiraz edib və seçkilərin təkrar keçirilməsi barədə qərar qəbul etmişdi. Bu olayda Türkiyə prezidenti Ərdoğanın Əkrəm İmamoğluna qarşı aqressiv reaksiyası da geniş müzakirələrə səbəb olmuşdu.

Top
JoomlaLock.com All4Share.net