Rusiya ABŞ-ı suçladı-İranın uran olayı
Featured

02 İyul 2019

Rusiya: İranın uran ehtiyatlarının artması Amerikanın sanksiyalarının nəticəsidir

Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndəsi Mixail Ulyanov iyulun 1-də twitter səhifəsində maraqlı status paylaşıb. O, İranın zənginləşdirilmiş uran ehtiyatlarının artmasında birbaşa Amerikanın rolu olduğunu bildirib: "ABŞ-ın İranın zənginləşdirilmiş uran ixracatına qarşı sanksiyaları bu nəticəyə səbəb oldu".

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Mixail Ulyanov İranın zənginləşdirilmiş uran ehtiyatlarının 300 kiloqram həddini keçdiyini bildirib: "Bu məsələ nüvə anlaşması qarşısındakı könüllü öhdəliklərdən yayınmaq deməkdir, amma NPT-nin pozulması və ya nüvə silahlarının genişləndirilməsi ilə heç bir əlaqəsi yoxdur".

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da İranın uran istehsalına soyuqqanlı münasibəti ilə diqqət çəkib: "İranın nüvə anlaşmasında icazə verilən uran ehtiyatlarını 300 kiloqram keçməsi təəccüblü deyildir.

Rusiya bundan öncə də İranın, Vaşinqtonun nüvə anlaşmasından çıxmasından bir il sonra bu anlaşmadakı öhdəliklərinin azaldılması sahəsindəki ilk addımı barədə bildirmişdi ki, İranın qərarını dərk edir".

Top
JoomlaLock.com All4Share.net