Hindistan Kəşmirin muxtariyyətini ləğv edib
Featured

05 Avqust 2019

Hindistanın daxili işlər naziri Amit Şah Cammu və Kəşmirin muxtar bölgə statusunu özündə ehtiva edən 370 saylı qanunun ləğv edildiyini açıqlayıb.

Avqustun 5-də səhər saatlarında məsələ ilə bağlı uyğun sənəd təsdiq üçün Hindistan parlamentinə təqdim edilmişdi.
Qeyd edək ki, Cammu və Kəşmirin şimalında iki nüfuzlu şəxs bölgənin keçmiş başıçısı Məhbub Müfti və regional parlamentin keçmiş sədir, bölgənin sabiq baş naziri Ömər Abdulla avqustun 4-də gecə saatlarında Hindistan polisi tərəfindən həbs edilb.

Ömər Abdulla Cammu və Kəşmirin Milli Konfrans Partiyasının, Məhbub Müfti isə Cammu və Kəşmirin Milli Demokratik Partiyasının sədrləridir.

Bölgənin Srinaqare və başqa rayonlarında ictimai toplantıları və ya mitinqlərin keçirilməsi qadağan olunub. Bölgənin bəzi hissəsində cib telefon əlaqələri kəsilib və internetə giriş bağlanıb.

Xatırladaq ki, Pakistan Hindistanın bu qərarını pisləyib və bu addımı BMT-nin qətnamələrinə zidd olduğunu bildirib.
Bundan başqa Hindistan Pakistanın iddia etdiyi Kəşmir bölgəsinə daha 8 minədək hərbçi göndərir. Hazırda hərbçilər ölkənin müxtəlif bölgələrindən nəqliyyat təyyarələri ilə ora daşınır.

Ötən həftə ölkənin orta bölgəsindən Kəşmirə əlavə 35 minədək hərbçi göndərilmişdi.(maide.az)

Top
JoomlaLock.com All4Share.net